Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Rusiya döyüş gəmiləri ilə 3 şəhəri vurdu,ABŞ-dan sərt açıqlama gəldi

Rusiya bu gün ilk dəfə döyüş gəmilərindən istifadə etməklə, Suriyada həm İŞİD-in, həm də ABŞ və Türkiyənin də dəstəklədiyi müxalif hərbi birləşmələrin olduğu şəhərlərə ağır zərbələr endirib.

Bu gün İdib, Hələb və Hamusdakı müxaliflərin mövqeləri Rusiyanın döyüş gəmilərindən açılan 70-dən çox raket atəşləri ilə vurulub. Təkcə Hələbdə 10 nəfərin öldüyü, xeyli yaralının və dağıntıların olduğu bildirilir.

ABŞ isə Rusiyanın Suriyada davam edən 5 illik savaşda bu gün ilk dəfə savaş gəmilərini hərəkətə gətirib, yeni silahdan istifadə etməsini isə "şou" adlandırıb: "Rusiya şou göstərir. Onlar İŞİD-i vurmaq əvəzinə, Hələbdəki mülki əhalini vururlar".

ABŞ-ın bu ittihamına Rusiyanın cavabı gecikməyib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Hələbə atəş açmayıblar: "Ancaq İdib və Hamusdakı terroristlərə zərbə vurulub. Bundan sonra da savaş gəmilərimiz əməliyyatda daha aktiv iştirak edəcəklər".

Suriya prezidenti Bəşər Əsəd isə Hələbi Rusiyanın deyil, onların vurduğunu bəyan edib: "Hələbi terrorçulardan təmizləmək istiqamətində əməliyyatı Suriya ordusu aparır"./strateg/


501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP