Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Biz Suriyada “Ərdoğanın ordusu” ilə mübarizə aparırıq

"Heç kəsin bizim torpaqlarımıza soxulmağa haqqı yoxdur."

RTP telekanalının verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd hesab edir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki mövcudluğu bir dövlətin digər bir dövlətin ərazisinə soxulmasıdır. O əlavə edib ki, Suriya xalqının buna cavab verməyə haqqı var.

“Bizim ölkəmizi müdafiə etməyə haqqımız var. Söhbət bizim ölkəyə edilmiş müdaxilədən gedir. Biz öz ölkəmizi istənilən müdaxilədən müdafiə etmək haqqına sahibik.”, - deyə Əsəd bildirib.

Suriya lideri qeyd edib ki, Suriyadakı hər bir terrorçu “buraya Türkiyədən və Ərdoğanın dəstəyi (əli) ilə gəlib”.

“Buna görə də həmin terrorçularla mübarizə “Ərdoğan ordusu” ilə mübarizə kimi bir şeydir. Söhbət Türkiyə ordusundan yox, məhz “Ərdoğanın ordusundan” gedir.”, - deyə Əsəd qeyd edib.

“Hər hansı bir ölkənin NATO üzvü olub-olmamağından asılı olmayaraq, beynəlxalq hüquq normalarına müvafiq olaraq onun başqa bir dövlətin ərazisinə soxulmağa (zorla girməyə) haqqı yoxdur.”, - deyə Suriya prezidenti əlavə edib./İslamazeri/


466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP