Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Rusiya Suriyada 7 ədəd S-300 raketdən müdafiə sistemi yerləşdirdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyada 7 ədəd S-300 raket əleyhinə müdafiə sistemi yerləşdirdiklərini açıqlayıb. Şoyqu Rusiya Prezidenti Vladimir Putin və müdafiə rəsmiləri ilə keçirdiyi iclasda "Bildiyiniz kimi, (Suriyada) S-400 sistemi uzun zamandır çalışır. Əlavə olaraq, faktiki olaraq Kiprə qədər dənizdən müdafiənin təmin olunması üçün 7 ədəd S-300 sistemi yerləşdirdik", - deyə qeyd edib. Rusiyanın S-400 sistemi Hmeymim bazasına Türkiyə F-16-larının bir Rusiya S-24 təyyarəsini vurmasından sonra yerləşdirilmişdi. Rusiyanın Tartusdakı donanma kompleksini tam əhatəli bir bazaya çevirəcəyinin açıqlandığı oktyabr ayında isə bölgəyə S-300 raketlərinin yerləşdirildiyi bildirilmişdi./eastnews/


589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP