Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Kərəm Həsənov imkanlı adamları MTN-nə necə satırmış?

KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVA 200-Ə YAXIN "İŞ" VERİB

Eldar Mahmudovun və rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərinin qurbanı olan iş adamlarının, məmurların MTN-nin “toruna” necə düşməsi barədə hər gün yeni faktlar ortaya çıxır. MTN-nin inzibati resursları hesabına imkanlı adamları müəyyən edərək, onları “çökdürən” Eldar Mahmudova bu işdə həm də yaxın dostu olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da kömək edirmiş.
Gununsesi.info-nun araşdırması zamanı ortaya çıxan bu məlumatda bildirirlir ki, Kərəm Həsənov indiyə qədər Eldar Mahmudova 100-ə yaxın “iş” verib. belə ki, komitə sədri dövlət əmlakını özəlləşdirən imkanlı şəxslər barəsində məlumatları dərhal MTN-nə ötürürmüş. Dərhal həmin şəxslər MTN-nə çağrılır və yüksək rütbəli vəzifəlilər yeni özəlləşməyə görə, həmin şəxslərin MTN-dən “halallıq” almasını təklif edirmiş.
Çarəsiz durumda olan vətəndaşlar isə tələb olunan pulu MTN-nə çatdırırmış. Məlumata görə, məhz Kərəm Həsənovun informasiyası əsasında MTN 200-ə yaxın iş adamından ümumilikdə 13 milyona yaxın pul alıb.


437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP