Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2016

Siyəzəndə 33 yaşlı gənc qatarın altında qalıb

Bu gün səhər saatlarında Siyəzəndə 1 nəfərin qatarın altında qalması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, saat 05:10 radələrində Siyəzən rayonunun Gilgilçay stansiyasında, 1983-cü il təvəllüdlü yerli sakin Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə aparılıb. "Hər iki baldırın aşağı 3/1-nin amputasiyası, post - travmatik şok" diaqnozu qoyulan zərərçəkən Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəsarət alan şəxs həmin qatarın maşinist-köməkçisi olub. Hadisə növbəni təhvil verib, evə gedərkən qeydə alınıb.


524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP