Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2016

Tələsin xeyir əmələ!

Ölüm ayağında görüş

Tebyan saytı Doktor Cəfərinin ölüm, qəbir haqqında söhbətindən xülasə təqdim edir:

Bərzəx (ölümdən sonrakı) aləmi dünya aləmindən fəqlənir. Dünyada bütün hadisələr zamanla şərtlənib və zaman ötmədən hadisə baş vermir. İnsan yuxu görüb oyananda elə düşünür ki, yuxusu uzun sürüb. Amma saata baxanda çox az vaxt keçdiyinə şahid olur. Dünyada bir insanla görüş üçün vaxt lazımdır. Bərzəx isə belə deyil. Ölüm mələyi ilə görüş ani baş verir.
Rəvayətlərə əsasən insan ölümdən qabaq bütün həyatını ani seyr edir. Məsələn, 70 il yaşadıqları bir anda gözünün önündən keçir. Deyirlər ki, insan can verən zaman şeytan onun görüşünə gəlir. Məqsədi son anda şəkk-şübhə yaratmaqla insanın imanını əlindən almaqdır. Amma mömin insan son anda Əhli-beyti, 14 məsumu görür.
Həzrət Əli (ə) buyurur ki, həyatın son, axirətin ilk günü insana çöhrələr görünər. İlk görünən çöhrələrdən biri onun var-dövlətidir. İnsan deyər ki, səni əldə etmək üçün çox əzab çəkmişəm, indi sənə ehtiyacım var. Var-dövlət deyər ki, məndən sənə çatan bir kəfəndir... Sonra ailə-övlad gözə görünər. İnsan deyər ki, mən sizə çox zəhmət çəkmişəm, sizin rahatlığınız üçün rahatlığımdan keçmişəm, sizə ehtiyacım var. Deyərlər ki, biz səni qəbrə qədər yola salacağıq, dəfn edib geri dönəcəyik... Üçüncü çöhrə əməllərdir. Əməllər hər zaman insanladır: bərzəxdə, qəbirdə, qiyamətdə...

Vilayet.info


712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP