Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2016

Cəllad Akif Çovdarov geri addım atdı

Akif Çovdarov yeni vəkillə müqavilə bağlayıb. Digər vəkillərindən imtina ərizəsini isə geri götürüb.

Hazırda Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Jurnalistlər bu dəfə də Sabunçu Rayon Məhkəməsində baş tutan prosesə buraxılmayıb. Saat 11:00-a təyin olunan məhkəmə prosesi mətbuata qapalı davam edir.

Məlumata görə, A.Çovdarov ötən prosesdə vəkillərindən imtina ilə bağlı məhkəməyə təqdim etdiyi imtina ərizəsini geri götürüb. Akif Çovdarovun müdafiəsinə vəkil Şahin Rəfiyev də qoşulub. A.Çovdarov 3 vəkillə müdafiə olunur.

Qeyd edək ki, ötən prosesdə işin uzadılmasına A.Çovdarovla birlikdə təqsirləndirilən 3 MTN əməkdaşının vəkilləri etiraz etmişdilər.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

A.Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır./musavat/


422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP