Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2016

Rusiya MN: Suriyada "Cəbhət ən-Nüsra"nın 30-dək üzvü məhv edilib

Rusiya təyyarələri Suriyada "Cəbhət ən-Nüsra" terrorçu qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat dünən axşam İdlib əyalətində həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin “Admiral Kuznetsov” aviadaşıyıcıdan havaya qalxan Su-33 qırıcıları terrorçuların mövqelərinə zərbələr endirib. Nəticədə "Cəbhət ən-Nüsra"nın böyük qrupu məhv edilib. Bir neçə kəşfiyyat kanalı aviazərbə nəticəsində 30-a yaxın terrorçunun, o cümlədən məşhur səhra komandirləri Muhammad Xelala, Abu Caber Xarmuja və Abdul Baha Əl-Əsfarinin məhv edildiyini təsdiqləyib.

Rusiya MN rəsmisi qeyd edib ki, Abdul Baha Əl-Əsfari "Cəbhət ən-Nüsra"nın Hələb və Hamada qalmış ehtiyat qruplarına rəhbərlik edib, eləcə də Hələbdə növbəti terror hücumunun planlaşdırılmasına cavabdeh olub./apa/


491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP