Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

İŞİD qurbanlarının daha iki kütləvi qəbiri aşkarlandı - 250-dən çox meyit

İraq hərbçiləri Mosul yaxınlığında 250-dən çox İŞİD qurbanlarının iki kütləvi məzarlığını aşkarlayıblar. TASS”ın verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, məzarlıqlardan biri quyunun dibində aşkarlanıb. Quyuda 200-dən çox cəsədin olduğu ehtimal olunur. İŞİD terrorçuları son iki il ərzində öldürdükləri sakinlərin cəsədlərini həmin quyuya atırmışlar. Yerli sakinlər həmin məzarlıq barədə məlumatlı olublar: “Sakinlərin yaxınlarının cəsədlərini quyudan çıxarmaq cəhdlərinin qarşısını almaq üçün terrorçular məzarlığı minalayıblar. Hazırda istehkamçılar məzarlığı minalardan təmizləyirlər. Quyuya atılanların arasında sağ olan sakinlər də olub”, - deyə yerli məmurlardan biri bildirib.

İkinci məzarlıqda 45 meyit aşkarlanıb. Hər iki məzarlıq Mosuldan 30 km cənubda yerləşən Hamam əl-Əlil şəhərində aşkarlanıb. Noyabrın 7-də həmin şəhərdə başı kəsilmiş 100-dək şəxsin meyitinin olduğu məzarlıq aşkarlanıb.


535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP