Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

Afinada tələbələr polisləri daş-qalaq etdi

Afina Politexnik Universitetində tələbə üsyanının amansızcasına yatırılmasının 43-cü ildönümünə həsr olunmuş yürüşün iştirakçıları polis əməkdaşlarına “Molotov kokteylləri” atıb.

“TASS”ın verdiyi xəbərə görə, bu barədə “NewsPeace” nəşri məlumat yayıb.

İnsident Patission küçəsində baş verib. Yürüşə qatılan 50-dək etirazçı polis əməkdaşlarına daş, “Molotov kokteylləri”, stullar və digər əşyalar atıb. Buna cavab olaraq, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər, saxlanılanlar var.

Qeyd edək ki, 1973-cü ilin noyabrın 17-də Afina Politexnik Universitetində ölkəni idarə edən "qara polkovniklər"in faşist xuntasına qarşı baş vermiş tələbə üsyanı qəddarlıqla yatırılmışdı./apa/


470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP