Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

İki il ərzində 127 nəfər selfi çəkdirərkən ölüb

ABŞ-ın Kornegi-Mellon Universitetinin alimləri və hindistanlı araşdırmaçılar müəyyən ediblər ki, 2014-cü ildən bu yana insanların selfi etmək istədiyi anda 124 ölüm hadisəsi qeydə alınıb.

Bu barədə hesabat araşdırma qrupunun bloqunda dərc edilib.

İlk belə ölüm hadisəsi 2014-cü ildə Hindistanda qeydə alınıb. O vaxtdan bəri ölkə ölüm selfisi siyahısında liderlik edir. 76 ölüm hadisəsi məhz Hindistanda baş verib.

İkinci yerdə Pakistan qərarlaşıb. Burada da bu günə qədər 9 ölüm hadisəsi qeydə alınıb. ABŞ isə 8 ölüm hadisəsi ilə üçüncü yeri tutur. Dördüncü yerdə 6 halla Rusiya gəlir.

Araşdırmaçılar aydınlaşdırıblar ki, çox vaxt selfidən ölüm hadisəsi hündürlükdən yıxılma hallarında baş verir. Sonrakı yeri boğulma halları tutur. Selfi zamanı yol-nəqliyyat hadisələri, dəmir yolunda qəzalar, silahla ehtiyatsız rəftar, heyvan hücumu və elektrik cərəyanı vurma hadisələrindən də ölüm halları qeydə alınıb.


1147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP