Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

Balqabağın faydaları

Balqabağın çox faydalı qida olduğu bir çoxlarına məlumdur.

1 stəkan əzilmiş, süzülmüş, bişmiş, duzsuz balqabaq 49 kaloridir. C vitaminin əvəzolunmaz qaynağıdır. Kandıralı balqabağın xəstəliklərlə mübarizə aparan bütün qida elementlərini özündə ehtiva etdiyini qeyd edib:

“Qabağın parlaq narıncı rəngi onun önəmli bir antioksidant olan beta-karotinlə zəngin olduğunu göstərir. Beta-karotin bitki karotenoidlərindən biridir və bədəndə A vitamininə çevrilir. A vitamininə çevrilməsi ilə beta-karotin sağlamlıq üçün önəmli funksiyaları həyata keçirir.

Mövcud araşdırmalar göstərir ki, özündə beta-karotini ehtiva edən diet xərçəngin bəzi növlərinə tutulma riskini azaldır və ürək xəstəliklərindən qoruyur. Beta-karotin digər xəstəliklərin, o cümlədən katarakta (Mirvari suyu) və yaşlanmanın gətirdiyi degenerasiya kimi halların əmələ gəlməsi riskini azaldır. Beta karotini kök, balqabaq, brokoli, şirin kartof, qaysı və yaşıl yarpaqlı tərəvəzlərdən əldə etmək olar”.

Qeyd edək ki, A vitamini ilə zəngin olan qidaları çox qəbul eləmək dərinin sarı-narıncıya çalmasına səbəb olur.


757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP