Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2017

MTN-dəki “çete”nin daha bir susqun “qurban”ı... – onu da tora salmaq istəyiblərmiş

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) cinayətkar dəstənin “qarmaq” atdığı iri məmurlardan biri də Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi Aydın Bəşirov olub.

2013-cü ildə ləğv olunan və QSC-yə çevrilən qurumun rəhbərliyindən uzaqlaşdırılan Bəşirovun idarəsindəki korrupsiya faktları ilə bağlı xüsusi dosye hazırlanıb. Bundan sonra Eldar Mahmudov müxtəlif yollarla o vaxtki idarə rəisi üzərində basqı qurmağa və ondan külli miqdarda vəsait qoparmağa çalışıb.

Amma Aydın Bəşirov bu təzyiqlərdən qorunmağa və məlum çetenin toruna düşməməyi bacarıb.

İddialara görə, keçmiş “gəmiçilik şefi” vəzifəsindən azad olunduqdan sonra onun həbs ediləcəyi barədə məlumatlar da əsasən Mahmudova yaxın qaynaqlardan davamlıə şəkildə mətbuata sızdırılıb. Hətta onun həmin vaxt ölkədən qaçmağa hazırlaşdığı və Azərbaycanı tərk etməsinəq adağa qoyulduğu yönündə xəbərlərin də əsasən MTN-dəki cinayətkar qrupun Bəşirovu “divara dirəmək” planının tərkib hissəsi olduğu güman edilir.

Saytımıza daxil olan məlumatda keçmiş “gəmiçilik şefi”nin təxminən ilyarım öncə Eldar Mahmudov əleyhinə qəzəbli açıqlamalarının da qətiyyən təsadüf olmadığı bildirilir.

Xatırladaq ki, həmin vaxt Aydın Bəşirov xəzərnews.az-a bunları demişdi: “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”.

Belə görünür ki, Bəşirovun ləğv edilmiş MTN-in sabiq rəhbəri və ətrafı ilə bağlı bu cür ağır ifadələr işlətməsi həm də onun Eldar Mahmudov və çetesinin basqılarından əziyyət çəkməsi ilə bağlıdır./qaynar/


104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu