Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2017

''Deyib ki, evdə əsəbləşmişəm, əgər siqaret almasan...'' - Tələbə qətlinin təfərrütı

Siqaret çəkmirəm dediyinə görə, ürəyindən bıçaqladılar.

Xəbər veridiyimiz kimi, Cəlilabad rayonunda qətl hadisəsi baş verib. ARB TV xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.

18 yaşlı Emin Abdullayev ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Mərhumun qohumu: "Siqaret almaq istəyəndə deyib ki, mən siqaret çəkən deyiləm. Deyib onda get mənə siqaret al. Cavab verib ki, mən yolüstündəyəm, Bakıya çıxıram, bir də maqazinə gedib gəlməyim. Deyib ki, evdə dalaşıb çıxmışam əsəbləşmişəm, əgər siqaret almasan səni bıçaqlayacam. Bu da gözləməyib ki, bıçaqlaya".


263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.05.17, 12:22
Charlie Hebdonun mahiyyəti
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR