Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2017

Mehman Hüseynov cəriməni bu yolla verəcək - Aksiyaya başladı

Jurnalist və blogger ona kəsilən cərimə pulunu qəbiklə ödəmək qərarına gəlib.

M.Hüseynov məhkəmənin qərarına əsasən, 200 manat məbləğində cəriməni dəmir pullarla verəcək. Bloqqer "qəpik" aksiyasına başlayıb. O, özünün facebook profilində bu barədə məlumat verib. Jurnalist qeyd edib ki, 1,3 və 5 qəpiklər yığaraq cəriməni ödəyəcək.

"Əgər mənim 200 manatıma ehtiyacları varsa, mən o pulu verəcəyəm. Bir az vaxt aparacaq çətin olacaq amma bunu edəcəyəm. Odur ki, bu gündən 1, 3 və 5 qəpiklik aksiyaya start verirəm. Bunun üçün heç nə eləmək lazım deyil. Evdən çıxarkən hər bir kəs cibinə o qəpiklərdən qoysun. Mən onsuzda çöl adamıyam, çəkilişlərə ora bura gedirəm. Bütün Bakını, rayonları gəzirəm. Məni yolda harda görsəniz o qəpiklərinizi mənə verin." - deyə M.Hüseynov bildirib.

Xatırladaq ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdu. O, polislərin əmrinə tabe olmamaqda təqsirləndirilərək 200 manata məbləğində cərimə edilib.


Mehman Hüseynov cəriməni bu yolla verəcək - Aksiyaya başladı/islamazeri/


383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.04.20, 09:28
ABŞ-da koronavirus rekordu
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP