Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2017

Ağsu sakini arvadını bıçaqladı

Ağsuda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Fariz Əmirxan oğlu Xəlilov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Xəlilova Şəbnəm Təyyar qızına mətbəx bıçağı ilə bir neçə dəfə xəsarət yetirib.

Bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan Şəbnəm Xəlilova təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan 2 uşaq anası Şəbnəm Xəlilova hazırda koma vəziyyətindədir.

Şəbnəm Xəlilovanın hansı səbəbdən bıçaqlandığı hələ ki, məlum deyil./apa/


265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP