Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2017

Borca görə intihara cəhd edən iki uşaq atası öldü

Dünən 500 manat borca görə intihara cəhd etmiş 2 uşaq atası, 38 yaşlı Salyan şəhər sakini Kərimov Vasif Elmirəvan oğlu yerləşdirildiyi Salyan Rayon Mərkəzi Xəstəxanasında bu gün axşam saatlarında dünyasını dəyişib. Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 51-də yaşayan Vasif Kərimov sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti, həkimlərin bildirdiyinə görə, kritik olub. Belə ki, turşu V. Kərimovun daxili orqanlarını parçalayıbmış. Xəstənin yaxınlarının saytımıza bildirdiyinə görə, hələlik Vasifin nə səbəbdən intihara cəhd etdiyi dəqiq bilinməsə də, o, xəstəxanaya gətirilərkən yolda 500 manat borcu olduğunu deyib.

İki azyaşlı uşaq atası olan Vasif Kərimov ailəsini şadlıq evlərində ofisiantlıq edərək dolandırırmış./virtualaz/


291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.04.20, 09:28
ABŞ-da koronavirus rekordu
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP