Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2017

Hardan Bakıya doldu bu acgöz sayğaclar - Şeir



















Hardan Bakıya doldu bu acgöz sayğaclar
Qul tək eləyib milləti aciz sayğaclar

Rus vaxtı bu sayğac niyə yazmırdı a millət?
Çox axtarış etdim sora bildim nədi illət

Əyri sayğaclar necə saldı ələ fürsət
Sakitcə bazarlarda yatır düz sayğaclar

Bir xeyli zamandır kasıbın çöhrəsi gülmür
Yalvarsa da cansız aparat borcunu silmir

Yalvarma bu anqutlara insaf nədi bilmir
Hər evdən alır bir aya yüz- yüz sayğaclar

Bir kəs evinə düz sayğac qurdu deyillər
Rədd eylə bizim ki daha məhşurdu deyillər

Bizdən alacaqsan bunu məcburdu deyillər
Sakitcə otur lal beləyik biz sayğaclar

Qiymetdə ki maşallah edib göylərə merac
Quldur kimi eylir bu fəqir milləti tarac

Ya donmalısan qışda yada ölməlisən ac
Yaddaş eləyir bizlərə tez-tez sayğaclar

Öz həqqini car etməsə qışqırmasa millət
Qəflət yuxusundan ayılıb durmasa millət

Ta daş görürüb sayğacını qırmasa millət
Çökdürməlidir hamımıza diz sayğaclar

Elşən bu əziyyətlərə təbim yenə coşdu
Millət necə borcun verəcək cibləri boşdu

Xalqın bu yaman günləri yaltaqlara xoşdu
Yəqin ayırıb onlara faiz sayğaclar

Elşən Xəzər

Haci Elsen Xezer adlı birinin şəkli.


2865 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP