Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2017

“Real” tarixi 93-də dəyişdi

İspaniya Kral Kubokunda “Real Madrid” gərgin keçən oyunda səfərdə “Sevilya” ilə 3-3 bərabərə qalaraq, məğlubiyyətsizlik seriyasını 40 matça çatdırıb və tarixi rekordu yeniləyib.

Oyunun son dəqiqələrinə qədər 3-1 hesabı ilə geridə olan “Real Madrid” 83-cü dəqiqədə Ramosun penaltisi ilə hesabı 3-2 edib. 90+3-cü dəqiqədə səhnəyə çıxan Kərim Benzema “Real”ı məğlubiyyətdən xilas edərək, tarixi nəticənin memarı olub. Bununla da ilk oyunda 3-0 qələbə qazanan Kral klubu ümumi nəticəyə görə (6-3) növbəti mərhələyə yüksəlib.

Kral klubu bu bərabərliklə əzəli rəqibi “Barselona”nın 39 matç məğlubiyyətsizlik seriyasını keçərək, İspaniya La Liqasında ən uzun müddət məğlub olmayan komanda kimi tarixə düşüb./axar/


747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.04.20, 09:28
ABŞ-da koronavirus rekordu
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP