Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2017

Rusiya, Türkiyə və İran Suriya ilə bağlı Astanada keçiriləcək görüşə hazırlığı müzakirə edib

Rusiya, Türkiyə və İran diplomatları Moskvada bir araya gələrək Astanada Suriya ilə bağlı aparılacaq danışıqlara hazırlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Müzakirələr Astanada yanvarın 23-nə təyin olunan Suriya nizamlanması üzrə beynəlxalq görüşün keçirilməsi və ona hazırlıq məsələləri üzərində cəmləşib. Qarşıda duran forumun Suriyada hərbi əməliyyatların dayandırılmasını və uzun müddət dayanıqlılığını təmin etmək, BMT-nin siyahısına daxil olan terror qruplaşmaları ilə mübarizəni davam etdirmək, həmçinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Suriyaya dəstək Beynəlxalq Qrupunun qərarları əsasında Suriya böhranının siyasi nizamlanması prosesinə lazımi təkan verməkdən irəli gəldiyinə dair ümumi fikir səsləndirilib", - deyə XİN-in məlumatında qeyd olunur.


275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP