Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2017

Mübarizə yolumuz

Bu hərəkatın təsisi və ideyası zindanda işlənib hazırlanmışdı. Elə indi də sizə zindandan yazıram. Zindandan Zindana yazıram. “Xalqlar Həbsxanası” adını alan SSRİ dağıldıqdan sonra öz müstəqilliyinə qovuşan Azəırbaycan xalqı az bir zaman keçməmiş Əliyevlər hakimiyyətinin əlinə düşərək yenidən həbsxanaya salındı. 23 illik ağrılı-acılı xalqın həbsxanası…

Qəlb ağrısı, göz yaşı ilə kiçik zindandan böyük zindanın Azadlığı üçün yazıram. Zindandan heç vaxt şikayət etməmişik. Uca Allaha, mərhəmətli Allaha həmd olsun!

Zaman gəlib çatmışdı. Tarix 13 yanvar 2015-ci ili göstərirdi. Azərbaycanda pak Allahın adı ilə yeni bir hərəkat təsis edilirdi. Bu hərakat məmləkətimizə, cəmiyyətimizə yeni ümid, yeni nəfəs bəxş edəcək, zehinlərdə olan qorxu zəncirlərini qıracaq, Azərbaycanımızın danışan dili olacaq, məzlumun yanında, zalımın qarşısında duracaq, sözdə, əməldə, qəlbdə xalqı milli və islami birliyə dəvət edəcəkdir. Bu, Müsəlman Birliyi Hərəkatıdır. Təsis konfransını Quran və Himnimizin oxunuşu ilə başlayan bir hərəkat. Düzdür, təsis edildiyi zaman çoxları üçün sıradan bir hadisə kimi görsənə bilərdi. Çünki buna qədər Azərbaycanda çoxlu təşkilatlar, hərəkatlar, partiyalar yaranmışdı və bu təşkilatların da əksəriyyətinin cəmiyyətdə quru addan başqa bir şeylə yadda qalmadıqlarını da yaxşı bilirdilər. Cəmiyyət yalnız 10 aydan sonra Müsəlman Birliyi Hərəkatının hakimiyyətin canına necə qorxu salacağını anlayacaqdı. Əslində, bu qorxu rejim üçün Hərəkatın təsis edildiyi gündən başlamışdı. Quran, Milli və İslami məfkurədə ümmətçilik (müsəlmanlıq) mütərəqqi ideyasına sahib olan Müsəlman Birliyi Hərəkatı tayfaçılıq, regionçuluq ideyasından başqa hər hansı bir ideyaya malik olmayan Azərbaycan hakimiyyəti üçün təbii ki qorxulu olmalı idi. Hərəkat öz müqəddəs ideyası ilə hakim rejimin dəhlizlərində qorxu küləyini əsdirə bilmişdi. Sanki Quranın təbiri ilə, Musa peygəmbərin təvəllüdü ilə Fironun canına düşən qorxunu xatırladırdı. Bəli, həmin gündə bir təvəllüd var idi, insan təvəllüdü olmasa da, Firon qənimi Musa ruhlu bir hərəkatın, Müsəlman Birliyi Hərəkatının təvəllüdü idi.

Uzun illərdir məmləkətimiz Azərbaycanda hakimiyyəti qəsb edən iqtidar özünü müsəlman xalqın ağası, xalqı isə öz nökəri hesab edir. Hakimiyyət xalqın iradəsini heçə sayaraq həyasızcasına, açıq-aşkar seçimləri saxtalaşdıraraq, xalqın halal haqqını əlindən alır. Nəinki xalqın məzlum səsini oğurlayır, hətta milli sərvətini belə utanmazcasına talayır. Beləcə zalım rejim illərdir polisin qamçısı ilə 20% torpağı işğal altında olan xalqı qorxaq həyat tərzi yaşamağa məcbur edir və rejimin bu çirkin siyasətinə qarşı dirəniş göstərən azadlıq aşiqlərinə qarşı isə həbs, işgəncə, hətta qətllər belə törətməkdən çəkinmir.

Biz heç vaxt bir xalq olaraq rejimin əsarət siyasəti ilə barışmayacaq, hər nəyin bahasına olursa olsun Azadlıq mübarizəmizi davam etdirəcəyik. İnanın, Qarabağımızın Azadlıq yolu bu rejimin əsarətindən xilas olmağımızdan keçir. Azərbaycan insanı hakimiyyətin diktə etdiyi köləlik həyat tərzindən imtina etməlidir və öz layiqli, şanlı tarixinin yaradıcısına çevrilməlidir.

Müsəlman Birliyi Hərəkatı ilə bağlı bir mənəvi sirri də sizlərlə bölüşmək istərdim. Hərəkatın loqosuna diqqət yetirsəniz, orada Qurani-Kərimin Ənbiya Surəsinin 86-cı ayəsini oxuya bilərisz. Loqoda bu ayənin yerləşdirilməsinin hikməti bundan ibarətdir ki, zindanda olduğum zaman Müsəlman Birliyi Hərəkatı yaradılmasından qabaq hərəkatın təsis edilməsinin cəmiyyət üçün faydalı, xeyirli olub-olmayacağı ilə bağlı Qurani-Kərimə müraciət edib istixarə etdim və hərəkatla bağlı bu ayə gəldi: “Onların hamısını Öz mərhəmətimizə daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər”. Bu ayə hərakatın taleyindən, gələcəyindən xəbər verirdi. Hərəkat yaranacaq 10 aydan sonra onun fədəkar üzvlərinin bəziləri şəhid ediləcək, əksəriyyəti isə işgəncələrə məruz qalacaq, zindanlara məhkum ediləcəklər, Allahın mərhəmətinə daxil edilən bu fədəkar, yaxşı və ləyaqətli insanlar zindan zülmətində nur saçacaq, Həzrəti Yusif tək insanları doğru yola hidayət edəcəklər. Çox qəribə və əsrarəngizdir – Zindandan təsis edilən hərəkatın taleyi Zindandan keçirmiş!…


Tale Bağırzadə

Bakı İstintaq Təcridxanası


2704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP