Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2017

Kılıçdaroğlu: “Türkiyəni kim idarə edir, bilmirik”

Erkən seçki müzakirələrini doğru qəbul etmirik. Biz sonadək mübarizəmizi davam etdirəcəyik.

Bunu CHP lideri Kamal Kılıçdaroğlu parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Partiya sədrinin sözlərinə görə, konstitusiya dəyişikliyi Türkiyə üçün yeni problemlər yaradacaq:

“Millət vəkillərinin iradələrini çərçivəyə salmaq, onları idarə etmək əxlaq və siyasətdən uzaqdır. Əgər seçki olacaqsa, bu, parlamentdə müzakirə olunmalıdır. Bu gün Türkiyəni kim idarə edir, bilmirik, ölkə idarə olunmur. Küçədəki vətəndaşlardan çoxu 5 nazirin adını saya bilməz. Ölkəni belə idarə etməzlər. Bu idarəçilik Türkiyəni daha dərin problemlərlə üz-üzə qoyacaq”.

Kılıçdaroğlu qarşıdan gələn vaxtlarda xeyli gerçəkliyin ortaya çıxacağını deyib:

“Biz mühakimənin ictimaiyyətə açıq şəkildə keçirilməsini tələb edirik. İnsanlar məhkəmədə özünü müdafiə edərkən və ya hansı səbəbdən çevrilişə cəhddə iştirak etdiklərini izah edərkən biz də evimizdə televiziyada baxıb həqiqəti öyrənməliyik. Bu ölkənin dünya qədər problemi var. Hökumət toplumun gözləntiləri ilə bir nəfərin gözləntiləri arasında seçim edir. Bir nəfərin təklifi parlamentə çıxarılır, qəbul olunur. Bu təkliflə hansı problemimiz həll olunacaq? İki ildir ölkə prezident respublikası kimi idarə olunur. Nə dəyişib? Əksinə, problemlər daha da artıb”./axar/


296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP