Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2017

Suriyalı qaçqına kobudluq edən jurnalistə 3 il şərtihəbs cəzası verildi

Qucağında uşaq olan suriyalı qaçqına badalaq vurmuş N1TV özəl internet-telekanalının jurnalisti Petra Lasloya üç il şərti həbs cəzası verilib.

Hökmü Macarıstanın Seqed şəhər məhkəməsi çıxarıb. Hadisə 2015-ci ildə ölkənin Serbiya sərhədi yaxınlığında – Macarıstanın cənubunda qaçqın qəbulu məntəqəsi yanında baş verib. Videoyazıda qucağında uşaq tutan suriyalıya jurnalistin necə badalaq vurması və bunun nəticəsində kişinin yıxılması aydın görünür. Videoçarx “YouTube” portalında yerləşdirilib və böyük əks-səda doğurub (https://www.youtube.com/watch?v=EaXnr7kH6ec). Petra Laslo işdən azad edilib, 2016-cı ilin sentyabrında isə Seqed şəhər prokuroru onun haqqında xuliqanlıq ittihamı üzrə istintaq işinə başlayıb.

Jurnalist üzr istəyərək öz hərəkətinin səbəbini təlaş içində olması, ona tərəf qaçan insan izdihamından qorxması ilə izah edib.

Yeri gəlmişkən, badalaq oğlana populyarlıq gətirib, hətta pərəstiş etdiyi Kriştian Ronaldo onunla görüşüb.


329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.04.20, 09:28
ABŞ-da koronavirus rekordu
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP