Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2017

Suriya ordusu 30-dan çox terrorçunu məhv edib

Suriya ordusunun döyüşçüləri və könüllülərdən ibarət dəstələr Deyr-əz-Zor şəhəri ərazisində İŞİD terrorçularının hücumunu dəf ediblər.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Səhər saatlarından davam edən şiddətli döyüşlər zamanı hökumət qüvvələri 30-dan çox terrorçunu məhv ediblər.

"İŞİD quldur dəstələri əvvəlcədən digər rayonlardan Deyr-əz-Zora əlavə qüvvə toplayaraq beş istiqamətdə hücuma keçiblər", – deyə Suriya Silahlı Qüvvələri komandanlığının nümayəndəsi bildirib.

Məlumata görə, terrorçular şəhər ətrafındakı hərbi aerodromu yenidən ələ keçirmək istəyiblər və bunun üçün minalanmış avtomobillərdən istifadə ediblər, lakin onların hamısı atəş zərbələri ilə məhv edilib.

Hazırda təqribən 200 min nəfərin yaşadığı Deyr-əz-Zor 2014-cü ildən mühasirə vəziyyətindədir.



360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.04.20, 09:28
ABŞ-da koronavirus rekordu
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP