Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2017

Aksiyaçılar: Erməni kilsələrinə qaz verilir, bizim qəsəbəyə yox

Sakinlərin narazılığına səbəb evlərinə mavi qazın verilməməsidir

Keçən gün səhər saatlarında Abşeron rayon Saray qəsəbəsinin "Üzümlük" massivində etiraz aksiyası keçirilib, bu barədə Azadlıq qəzeti xəbər verir.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, bu barədə aidiyyatı qurumlara dəfələrlə məlumat versələr də, heç bir faydası olmayıb. Onlar Bakının 5-10 addımlığında yerləşən qəsəbəyə qaz verilməməsinin səbəbini anlamadıqlarını bildiriblər. Sakinlər erməni kilsələrinə pulsuz qaz paylandığı halda, nəyə görə qəsəbəyə qaz verilmədiyini soruşurlar.

Magistral yolu bağlamağa cəhd edən sakinlərin qarşısı polislər tərəfindən alınıb. Sakinlər isə problemlərinin həll olunmayacağı təqdirdə, etiraz aksiyalarını davam etdirmək fikrindədirlər.


365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.04.20, 09:28
ABŞ-da koronavirus rekordu
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP