Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2017

Britaniya deputatları Trampın parlamentdə çıxışını baykot edəcəklər

ABŞ prezidenti Donald Tramp İngiltərəyə səfəri zamanı ölkə parlamentində çıxış edərsə, yerli deputatlar tərəfindən baykot olunacaq.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu leyborist Con Makdonnel deyib. O, BBC radiosunun "Tramp parlamentdə çıxış edərsə, Leyboristlər Partiyası üzvlərinin yeri boş olacaqmı?" sualına, "təkcə leyboristlərin yeri deyil", - deyə cavab verib. "Mən onun etdiklərini rüsvayçılıq hesab edirəm. Bizlərdən əksəriyyəti düşünürdü ki, onun seçkiqabağı kampaniyasının şüarları sadəcə şüar idi, lakin indi o bunları həyata keçirməyə başlayıb.

Düşünürəm ki, onun səfəri bir çoxları üçün təhqir olacaq", - deyə Makdonnel bildirib.


392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP