Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2017

Rumıniyada hökumət əleyhdarları yenidən küçələrə çıxıb

Azərbaycan xalqı da bir gün qalxmalıdır...

Rumıniyada 400 min nəfərin iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilir.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, 250 minə yaxın adamın iştirakı ilə ən irimiqyaslı aksiya paytaxt Buxarestdə davam edir.

Nümayişçilər baş nazirə inanmadiqlarını bildirir, hökumətin istefasını tələb edirlər. Bundan əvvəl Rumıniyanın baş naziri Sorin Qrindyanu istefaya getməyəcəyini bəyan edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə düzəliş və amnistiya haqqında qərarın qəbulundan sonra Rumıniyada son 25 ildə ən böyük kütləvi etiraz aksiyaları başlayıb. Rumınlar bununla bağlı korrupsiyaya uğramış siyasətçilərin və təhlükəli cinayətkarların azadlığa çıxacağından narahatdırlar. Fevralın 5-də hökumət ölkədə kütləvi etiraz aksiyalarına yol açan Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarını ləğv edib./apa/


436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP