Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2017

Təbriz ayağa qalxdı!

İranın qüruru Təbriz...

Təbriz əhli boş yerə danışmaz. Danışar ki, bir problem aradan qalxsın. Bu dəfə Təbriz tacirləri Təbriz ayaqqabı istehsalçılarının müdafiəsinə qalxıb. İranın bütün şəhərlərində ayaqqabının bir tərifi var: “Təbriz ayaqqabısıdır!” Amma dünya iqtisadiyyatını dizə çökürən Çin sənayesi İran iqtisadiyyatına da öz zərbəsini vurub.
İran Sənaye və Ticarət Nazirliyi bildirir ki, iranlılar ildə 100 milyon cüt ayyaqqabı alır. Bunun 35 milyon cütü xaricdən gəlir. İqtsadiyyatçılar bu göstəricini qəbul etmir, bildirirlər ki, qaçaqmalçılıqla ölkəyə gətirilən ayaqqabı bu hesabatda yer almayıb.
Nə isə... Təbriz ayağa qalxdı. 400 dükan yeni kampaniyaya start verdi: “Qürurla yalnız İran malı satırıq!” Kampaniya 1 ay davam edəcək. Təbrizlilərin bu kampaniyasına Xorasandan Marağaya qədər qoşulanlar var. Təbriz Ayaqqabı İstehsalçıları İttifaqının sədri cənab Əliriza Cəbbari deyib: Nə vaxta qədər deyinməli, dövlətə məktub yazıb yalvarmalıyıq ki, bu sahəyə diqqət ayırsın! Biz özümüzdən başladıq və addım atdıq!

Vilayet.info


588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP