Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

Rusiyadan ABŞ-a İran barədə ciddi xəbərdarlıq — REGİONDA TƏHLÜKƏ

Rusiya ABŞ,-a növbəti dəfə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-ın 45-ci prezidenti Donald Trampa xəbərdarlqı edib. Onun sözlərinə görə, Tramp çox riskli addımlar atır.

“ABŞ və İran arasında 2015-c ildə bağlanan və bu günə qədər də qüvvədə olan müqavilə pozula bilər. Tramp bu istiqamətdə çox ciddi səhvlər edir. İranın nüvədən imtina etməsi barədə amerika ilə razılaşması pozula bilər. Bu həm ABŞ, həm də region üçün çox pis nəticələnə bilər”, - deyə Sergey Ryabkov bildirib.

İran Nüvə razılaşmasıyla BMT Atom Enerjisi Təşkilatının hərbi bazaları girişinə icazə verdi. Bundan başqa, razılaşmaya görə, İran uran istehsalını da azaltdı. Bundan sonra, Barak Obama İrana qarşı sanksiyaları qaldırmışdı. Yəni bundan sonra iki ölkə arasında müəyyən qədər razılıq vardı. Rusiya bu münasibətlərin korlanacağından və böyük problemlər olacağından ehtiyat edir.

Qeyd edək ki, 2015-ci il aprelin 2-də İranla Qərb ölkələri arasında 5+1 formatında aparılan nüvə danışıqları öz məntiqi sonluğu ilə bitdi. Razılaşmaya görə, İran bütün nüvə silahı hazırlama işlərindən əl çəkir, ABŞ isə onların üzərindən sanksiyaları götürmüşdü.


522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP