Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

Nazir buraxdığı “quş”u düzəltdi: Rəhimov Qaqaya 1 milyon verilməsini niyə dandı?

Rəhimov Qaqaya 1 milyon verilməsini niyə dandı?Gənclər və idman naziri Azad Rəhimov bir neçə gün əvvəl verdiyi açıqlamanı düzəltməli olub. Nazir Ledi Qaqaya 1 milyon dollar qonorar ödənilməsi barədə dediklərini təkzib edib.

A.Rəhimovun buraxdığı “quşu” düzəltməyə məcbur olub. Ona hakim dairələrdən bildirilib ki, ciddi siyasi səhvə yol verib. Ölkənin iqtisadi problemləri və xalqın narazılığı olduğu bir vaxtda nazirin açıqlaması yerində deyildi.

İddialara görə, iqtidar rəhbərliyindən nazirə xəbərdarlıq olunub ki səhvini düzəltsin. A.Rəhimov qeyd edib ki, Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm.

Çünki bu kommersiya sirridir. Halbuki bir neçə gün əvvəl kommersiya sirri 1 milyon idi. Üstəlik, dövlətin pulunu müğənniyə vermək nə vaxtdan kommersiya sirri olub? Nazir bu çıxışı ilə də özünü bitirib.

Mənbə qeyd edir ki, A.Rəhimov özü də bilmədən buraxdığı xəta ilə ictimai qəzəb yaradıb. Hazırda cəmiyyət olduqca narazıdır, işsizlik və yoxsulluq var, nazir isə 1 milyon dollar Qaqaya verildiyini bəyan edir. Hakimiyyət həssas bir zamanda verilmiş açıqlamanı dərhal ona təkzib etdirib.

Hakimiyyət tərəfindən deputatlara, icra başçılarına, nazirlərə tapşırıq verilib. Onların qarşısında sərt tələb qoyulub ki, çıxışlarına fikir versinlər.

Dövlətin gəlirlərinin azalması, büdcəyə qənaət rejiminə keçid və iqtisadi böhrana rəğmən bir pop ifaçısı 1 milyonumuzu qatlayıb gedib. Bu, heç şübhəsiz ki, israfçılıqdır.

Bu günlərdə deputat Hadı Rəcəbli gileylənib. Millət vəkili gileylənib ki, əhalinin maaşlarını nə ilə artıraq. Deputat demək istəyib ki, dövlətin pulu yoxdur, manat ucuzlaşıb, büdcə boşalıb.

Amma H.Rəcəblini elə A.Rəhimov Ledi Qaqaya ödənmiş 1 milyonla ifşa edib, yalanını çıxarıb. Məhz Qaqaya çatan 1 milyonla xalqın əmək haqqını artırmaq olardı.
H.Rəcəbli Lənkəranda “Palıdlı sahil”i, A.Rəhimov Bakının mərkəzində butiklərini satmaqla maaşları artırmaq olar. Habelə, Ledi Qaqaya və 7 ölkəyə çatmış pulları əhaliyə vermək olar./politika/


4951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP