Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

''İstintaq imam Xomeyni ilə Allahşükür Paşazadənin müavinini dəyişik salıb''

Vəkil: “İmam Xomeyni olduğu güman edilən şəkilə görə Ruzi İsmayılov İranla əlaqədə ittiham edilib”

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov və digər 11 nəfərin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Zülfüqar Mikaylovun vəkili Rüstəm Zülfüqarov, Elman Ağayevin vəkili Akif Əliyev və digərləri vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıblar.

Həmin vəsatətlərə münasibət bildirən təqsirləndirilən şəxslər istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyiblər. Ruzi İsmayılov, Əli Hüseynov və Ramin Seyfullayev bildiriblər ki, təzyiq və işgəncə altında ifadə veriblər. Məhkəmə prosesində o da məlum olub ku, R.İsmayılovun telefonunda tapılan və imam Xomeyni olduğu iddia edilən şəkil əslində Allahşükür Paşazadənin müavininin şəkilidir. Vəkillər bildiriblər ki, istintaq orqanı həmin şəkilə görə, R.İsmayılovun İranla əlaqəsinin olduğunu iddia edib. R.İsmayılov deyib ki, onu telefonla əxlaqsız formada çəkib kontaktında olan şəxslərə göndərməklə və ailəsi ilə hədələyiblər. Digər təqsirləndirilən şəxslər də istintaq zamanı işgəncəyə və təzyiqə məruz qaldıqlarını deyiblər.

Məhkəmə vəkillərin vəsatətlərin təmin etməyib. Əlavə şahidlərin çağırılması ilə bağlı qaldırılan vəsatət baxılmamış saxlanılıb. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı fevralın 13-nə təyin edilib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini ölüb.Taleh Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.


634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP