Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

Britaniya parlamentinin spikeri: Trump burada çıxış etməsin

Birləşmiş Krallıq parlamentinin icmalar palatasının spikeri John Bercow ABŞ prezidenti Donald Trump-ın Britaniyaya rəsmi səfəri ərəfəsində parlamentdə çıxışına “qarşı olduğunu” deyib.

Çıxışından sonra cənab Bercow Şotlandiya Milli Partiyasının millət vəkilləri tərəfindən alqışlanıb.

Cənab Trump keçən ay Britaniyanın baş naziri Theresa May ilə Washinton-da görüşündən sonra Britaniyaya rəsmi səfərə gəlməyə dəvət edilib.

Dəvəti geri almaq tələb edən və 1,8 milyon nəfərin imzaladığı petisiya parlament tərəfindən fevralın 20-si müzakirə ediləcək.

Millət vəkillərinin sualına cavabında verdiyi çıxışda, cənab Bercow parlamentin icmalar və lordlar palatalarında çıxış etməyin “avtomatik haqq yox… qazanılmış şərəf” olduğunu deyib.

O, cənab Trump mübahisəli viza qadağası fərmanından öncə də onun çıxışına qarşı olduğunu, lakin bu fərmandan sonra onun çıxışına “daha çox qarşı” olduğunu bildirib.


462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP