Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

Məhbəsdən məktublar

Bir xalqın zilləti qəbul edib boyunduruq altında olmağına biganə yanaşmaq o xalqın heç bir zaman müstəqil olmayacağını və istiqlaliyyətin həqiqi şirinliyini dadmayacağını qəbul etməkdir. Xalqın qeyrətli və millətinin təəssübünü çəkənlər buna imkan verməzlər.

Sizləri həqiqətləri görməyə və Azərbaycan xalqının gələcəyi naminə bu millətin, bu torpağın azadlığı uğrunda öz azadlıqlarını fəda edənlər xalqının asayışı üçün müxtəlif cür zorakılığa və repressiyalara, zülmün və işgəncələrin ən şiddətlisinə dözərək bu xalqın yolunda necə xidmət etmək lazım olduğunu nümayiş etdiriblər.

Şah İsmayılın dövlətçilik prinsiplərini rəhbər tutaraq xalqın şücaətli və ləyaqətli övladları 2015-ci ilin yanvarın 13-də xalqımızın şanlı tarixinə sadiq olacaq Hərəkat təsis etdi.

“Müsəlman Birliyi” Hərəkatı məmləkətimizə, cəmiyyətimizə yeni ümid, yeni nəfəs bəxş edəcək, zehinlərdə olan qorxu zəncirlərini qıracaq və bütün çətinliklərə baxmayaraq, xalqın rifahı üçün heç bir şeyi əsirgəməyəcək və insanları milli və islam birliyə dəvət edəcək.

Cəmiyyət bu hərəkatın bu qədər rezonans doğuracağını guman belə etmirdi, yalnız 10 aydan sonra “Müsəlman Birliyi” Hərəkatının mövcudluğunun hakimiyyətin canına necə qorxu saldığını anladı. Əslində, bu qorxu rejim dairələrini Hərəkat təsis olunduğu gündən narahat edirdi. Hərəkatın İdarə Heyətinin üzvlərinin həbsi, müxtəlif işgəncələrə və təzyiqlərə məruz qalması, digər üzvlərin şərlənərək terrorçuluqda ittiham edilməsi, bu günlərdə də Tale Bağırzadəyə və digər həbs edilənlərə verilən cəzalar elə həmin qorxunun nəticəsidir. Amma Allah şahiddir ki, bu həbslər, verilən cəzaların ağırlığı bizləri qorxuda bilməz və başladığımız bu şərəfli və dəyərli işdən bir addım belə geri çəkilməyəcəyik.

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü – Ağaəli Yəhyayev

Biz hər birimiz azərbaycanlı olaraq müstəqilliyimizə, dövlətçiliyimizə yönələn istənilən təhlükənin qarşısını almaq istiqamətində fəaliyyət göstərməli və bu yolda cəsarətlə mübarizə aparmalıyıq. Bu istiqamətə müvəffəq olmaq üçün ayıq-sayıq olmalı, birliyimizi daha da möhkəmləndirməliyik.

Başqalarına zülm etmək və onları əsarətdə saxlamaq qadağan olunduğu kimi, başqalarının zülmünə təslim olmaq və köləsi olmaq da qadağandır.

İnkişaf etmək, azad olmaq, güclü və qüdrətli olmaq biz Azərbaycan xalqının da haqqıdır. Yetər ki, biz olaq, cəsarətli olaq, ədalətli olaq, Haqqa bağlı olaq, azad olaq..

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin sədri, ilahiyyatçı Elçin Qasımov


634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP