Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

Bu həftə Ay tutulacaq

Bu ilin ilk Ay tutulması hadisəsi fevralın 11-də baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, fevralın 11-də alimlər Ay tutulmasının baş verəcəyi barədə xəbərdarlıq ediblər. Bu kosmik hadisəsinin ardınca səmada “Yeni il kometası” adlandırılan 45R kometası görünəcək. Bu zaman o, Yer kürəsinə maksimal yaxın məsafəyə yaxınlaşacaq.

Ay tutulması Günəş, Yer kürəsi və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verir. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur.

Sözügedən Ay tutulması hadisəsini Avropa, Afrika və Qərbi Asiya sakinləri müşahidə edə biləcək./axar/


996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP