Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2017

Allahın imtahanı bilmək üçün deyil, əməli büruzə vermək üçündür

“Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər”. (“Hud” 7).
Bu ayədə adı çəkilən altı gün – yaradılışın altı mərhələsinə işarə edir. Çünki yaradılışın əvvəlində günəş yox idi ki, gecə və gündüz də olsun. İnsanın yaradılışının əsil hədəfi – imtahandır. Çünki ancaq imtahan vastəsilə yaxşıları pislərdən ayırmaq olar. İnsanın əməlinə görə də cəza və mükafatı təyin olunar.
İmam Əli (ə) buyurur: “Allahın imtahanı, bilmək üçün deyildir. Əslində imtahanı, insanın büruzə verdiyi reaksiyaya görədir. Əgər əməli yaxşı olarsa – mükafat alar. Əgər pis olarsa – cəza görər”. (Həvzəh)
İmam Sadiq (ə) gözəl əməl haqqında buyurur: “Hüsnü-əməl – yəni elm, ixlas və təqva ilə birlikdə olan əməl, nəinki çoxlu əməl”.
Beləliklə, yuxarıdakı ayədən bu nəticələri çıxarda bilərik:
1. Bu aləm insan üçün xəlq olmuşdur.
2. Allahın qüdrəti baxmayaraq ki, hər bir şeyi bir anda xəlq etməyə qadirdir, ancaq İlahi hikmət lazımlı bilir ki, bu əməl tədrici olsun.
3. Səmanın və yerin əsil maddəsi sudan təşkil olmuşdur.
4. Su, səmadan və yerdən əvvəl mövcud olmuşdur.
5. Bütün varlıqların yaradılmasındakı hədəf – mənəvi inkişaf və insanın ixtiyari olmasıdır.
6. Əməlin keyfiyyəti mühümdür, kəmiyyəti deyil.
7. Səma və yer yaxşı əməllər üçün xəlq olmuşdur, nəinki ləzzətlər və qafil olmaq üçün.
8. Məadı inkar edənlərin dəlilləri yoxdur, sadəcə töhmət vururlar./deyerler/


1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP