Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2017

AXCP-nin rayon şöbəsinin sədri saxlanılıb

“Güman ki, onu 25-30 sutka həbs edəcəklər”

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon şöbəsinin sədri İslam Həsənov fevralın 6-sı günortadan sonra Şəki rayon Polis Şöbəsinə aparılıb”, - AXCP sədrinin müavini Gözəl Bayramlı “Facebook” səhifəsində yazıb.

Bildirib ki, bu saxlanılmadan iki gün öncə də İ.Həsənov izlənməsi haqda partiya rəhbərliyinə məlumat vermişdi. İndi isə İ.Həsənov saxlanılıb və buna səbəb kimi yol polisi ilə mübahisə etməsini göstərirlər: “Təbii biz bilirik ki, bu bəhanədir. Səbəb şöbənin fəallaşmasıdır”.

G.Bayramlı İ.Həsənov barəsində məlumat ala bilmədiklərini söyləyib: “Yəqin onu məhkəmə önünə çıxararaq İnzibati Xətalar Məcəlləsinə istinadən 25-30 sutka həbs edəcəklər”.

Şəki rayon Polis Şöbəsindən İ.Həsənovun saxlanması haqda məlumatları təsdiqlənmirlər. Növbətçi hissədən Azadlıq Radiosuna onlarda belə bir informasiyanın olmadığını söyləyiblər.


574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP