Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2017

Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyuldu

Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank sektorundakı mənbə məlumat verib. “Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər», - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir. /virtualaz/


569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP