Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2017

Suriya ordusu terrorçulara qarşı bütün cəbhələrdə irəliləyişlərini davam etdirir

Suriya ordusunun Əl-Babda İŞİD-ə qarşı mühasirəni daha da daraltmaq məqsədilə Hələbin şərqində yerləşən Əl-Avişnə yüksəkliklərinin şimalındakı Əl-Havra və Əl-Məcal yüksəkliklərində nəzarəti bərpa edib.

Tasnim xəbər verir ki, İŞİD terror təşkilatı Türkiyə ordusunu Əl-Bab yaxınlığında yerləşən Bəzayə bölgəsinə çəkildiyini bildirsə də, kürd dəstələrindən mənbələr Türkiyə ordusunun Afrin yaxınlığındakı Deyk Mədaş kəndinə çatdığını bildirib.
Həmçinin PYD-nin Cerablusda Türkiyənin İŞİD ilə mübarizədə dəstəklədiyi Əl-Xar təşkilatı ilə qarşıdurmaya daxil olduğu və iki tərəfdən də xeyli sayda canlı qüvvələrin öldüyü bildirilib.

İŞİD-in Homs şəhərində yerləşən təbii qaz borularını şərq, cənub və şimal istiqamətlərindən alovlandırdığı və bölgədə böyük yanğınların baş verdiyi qeyd olunsa da, Suriya ordusu və İŞİD-in bir çox fərqli bölgədə şiddətli qarşıdurmalara daxil olduğu açıqlanıb.
Hərbi mənbələrdən biri Suriya ordusunun Homs vilayətinin şimalındakı Teyrmalə və İzzəddin bölgələrində Nusra Cəbhəsinə qarşı əməliyyatlarında 60-dan çox terrorçunu öldürdüyü, xeyli sayda terrorçunu da yaraladığını bildirib.

Hərbi mənbə Deyr Əz-Zorda hərbi hava limanında yerləşən Suriya ordusunun qüvvələrinin hava limanı yaxınlığında İŞİD mövqeləri və səngərlərini intensiv top atəşinə tutduqlarını qeyd edib.

Mənbə xeyli sayda təkfirçi terrorçunun silahlarıyla birlikdə öldürüldüyünü qeyd edərək, onların aralarında livanlı və digər əsilli əcnəbi terrorçuların da olduğunu xəbər verib.

O, Hələb şəhərinin şərq ətrafındakı Kuvayris hava limanında yerləşən Suriya ordusunun Cabbul gölü yaxınlığındakı Havvara yüksəkliyində mövqe alan İŞİD terrorçularını təchizatları ilə birlikdə zərərsizləşdirdiyini qeyd edib.

Mənbə bununla da strateji əhəmiyyətə malik yüksəklik və gölün tamamilə Suriya ordusunun nəzarətinə keçdiyini bildirib./deyerler/


588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP