Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2017

Darçın bir çox xəstəliklərlə mübarizədəkömək edir

Darçın ətirli ədvə olmaqla yanaşı həm də bir çox xəstəliklərə qarşı çox gözəl vasitədir.

Artıq müasir tibdə təsdiq edilib ki, darçın müxtəlif xəstəliklər zamanı orqanizmin həyat üçün vacib bir sıra sahələrinə müsbət müalicəvi təsir göstərir, bədənin ümumi tonusunun artırır, immunitetin möhkəmlənməsinə kömək edir. Belə ki, bu ədvə B qrup, C, A, PP vitaminləri, kaliy, kalsiy, maqniy, fosfor, sink, dəmir və müxtəlif efir yağları ilə zəngindir.

Tibbdə bu ədvədən antiseptik, eləcə də göbələk və mədə-bağırsaq yolu xəstəlikləri əleyhinə vasitə kimi istifadə olunur. Bundan əlavə darçın artıq duz və mayenin orqanizmdən çıxarır, öd və qara ciyəri təmizləyir. Sağlamlıqla yanaşı darçından kosmetoloji vasitə kimi də istifadə olunur. Darçından hazırlanan maskalar saçın daha tez uzanmasına, parlaq və canlı görünməsinə kömək edir.

Saçlarda çanlandırıcı effekt əldə etmək üçün tərkibində bir çay qaşığı darçın, iki xörək qaşığı bal və iki xörək qaşığı ilıq zeytun yağ olan maskadan istifadə etmək olar. Bu maskanı saçda 45 dəqiqə saxlamaq lazımdır.

Saçların həcminin artırılması və saçqıranlardan azad olmaq üçün bir çay qaşığı darçın, bir yumurta, əzilmiş pomidor, bir xörək qaşığı günəbaxan yağı və bir xörək qaşığı bal qarışımından istifadə etmək olar. Bu maska saçda 20 dəqiqə saxlanıb yuyulduqdan sonra limonlu su ilə yaxalanmalıdır.

Saçların tez uzanması üçün iki çay qaşığı darçın, bir baş soğan əzməsi, dörd diş əzilmiş sarımsaq və bir qaşıq balın qarışımı çox gözəl nəticə verir. Hazırlanmış bu qarışımı saçların dibinə sürtüb, yarım saat saxladıqdan sonra gicirtkən dəmləməsi ilə yaxalamaq lazımdır.


945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP