Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2017

İsraildə atışma: Azərbaycanlı yaralandı

Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb.
İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatında deyilir ki, təxminən saat 7-də polisə Bentsion Qalis küçəsindəki ticarət mərkəzində atışma haqda informasiya daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları oradakı mühafizəçini yaralı halda aşkarlayıblar.

İlkin araşdırmanın nəticələrindən məlum olub ki, zərərçəkən təxminən 30 yaşı olan Azərbaycan vətəndaşıdır. O, İsraildə daimi yaşamaq statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirir ki, zərərçəkmiş hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib.

Zərərçəkənə ilk tibbi yardım göstərilib və o, "Beylinson" xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün saxlanılıb.


638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP