Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2017

Azan yasağına fələstinlilərdən 73 metrlik cavab

İşğalçı İsrail azanın müəyyən saatlarda səsucaldanla oxunmasına qoyulan qadağa ilə bağlı dəyişiklər icra edilməyə başlarkən, Qüdsün İsaviyyə bölgəsində 73 metr yüksəkliyində olan minarə inşa edilib.

Açılışına yüzlərlə fələstinlinin qatıldığı minarə Qüdsün ən yüksək minarəsi hesab olunur. Məlumata görə, minarə İsaviyyə sakinləri və işğal olunmuş torpaqlarda yaşayan fələstinlilərin köməyi ilə inşa edilib.

Onlar bildirib ki, azana ediləcək hər hansı bir müdaxilə dini münaqişələrə səbəb ola bilər.

Xatırladaq ki, işğalçı İsrail azanın 23:00-dan 07:00-a kimi səsucaldanla oxunmasının qadağan edilməsinə dair qanun layihəsi Knessetdə keçirilən ilk səsvermədə 55 səslə qəbul edib.

Layihənin qanunlaşması və həyata keçirilməsi üçün isə Knessetdə daha iki iclasın keçirilməsi nəzərdə tutulub.


1769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.10.25, 09:35
Salam İmam Zamanım
20.10.25, 11:45
Azadlıq nə deməkdir?
20.10.25, 10:17
Tramp: Obama casus idi
Go to TOP