Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2017

Salyanda həbsxanada atışma: yaralanan var

Salyanda silahlı insident qeydə alınıb.

Report xəbər verir ki, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.


91 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.09.17, 07:55