Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2017

Sionist rejimin İran əleyhinə yanmış oyununun təkrarı

İran İslam Respublikası və altılıq ölkələri arasında Nüvə Sülh Razılaşması müzakirələrinin başlanması ilə eyni zamanda sionist rejim də müzakirələrin üçüncü bucağı kimi İran əleyhinə öz fəaliyyətlərinə start verdi. Müzakirələr ciddiləşdikdən və razılaşma əldə edilməsnin mümkünlüyü artdıqdan sonra sinost rejim də İrana qarşı hərəkətlərini daha da genişləndirdi. Bu məqsədlə bir sıra səfərlər baş tutdu, o cümlədən bu rejim başçılarını Rusiyaya səfər etdi, ABŞ nümayəndəsi dərhal işğal edilmiş ərazilərə yollandı, 2012-ci ildə Binyamin Netanyahunun BMT-də İrana qarşı məşhur çıxışı və s.
Lakin sionist rejimin razılaşmanı ləğv etmək barədə təlaşları faydasız qaldı. İrana qarşı bu hərəkət və təbliğatdan sonra İsrail yenidən həmin yanmış təcrübəsini təkrarlamaq istəyir.
Artıq İraq və Suriyada böhran başa çatmaqdadır. Hələbin azad edilməsi, Suriya qüvvələrinin Tənf dəhlizində İraq ölkəsi ilə sərhədlərə çatması, Livan sərhədlərinin terrorçulardan tamamilə təmizlənməsi, Mosul və Təlafərin İŞİD-dən azad edilməsi İraq və Suriyanın işıqlı gələcəyini göstərir.
Bu üzdən artıq sionist rejimi öz əməllərinə cavab verməli olduğunu düşünərək qorxuya düşmüşdür və İran əleyhinə yenidən təbliğata başlamışdır.
Sionist rejimi İrana qarşı indiyədək 4 istiqamətdə təbliğat aparır:
1. İranın Livan və Suriyada raket zavodu inşa etməsi təbliğatı;
2. Mossad rəhbərinin İŞİD-in məhv olması və İranın onun yerini tutması barədə açıqlama verməsi;
3. Netanyahunun Rusiyaya səfəri və Putinlə İranla bağlı danışıqları;
4. BMT-nin baş katibinin işğal edilmiş Fələstin ərazilərinə səfəri


213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.11.17, 08:51