Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2017

Möhsün Hücəcinin şəhadətinin yeni təfərrüatları

Hadisənin həqiqəti necədir?

Hadisə Suriyanın "əl-Tənəf" məntəqəsinin şimalında baş vermişdir. Sayları 200 nəfər olan "Seyyidüş-şühəda" düşərgəsinin iranlı və iraqlı əsgərləri plan qurmuşdular ki, Suriyanın Şərq sərhədləri boyunca Amerika Təhlükəsizlik tədbirlərini alt-üst etsinlər. İŞİD tərəfindən ilk dəfə gecə baş verən bu əməliyyat həqiqətən ağır əməliyyat oldu, təqribən 40 nəfər "Seyyidüş-şühəda" düşərgəsinin əsgərlərindən şəhid edildi, 30 nəfərdən çox insan isə İŞİD sıralarından öldürüldü.

Bu hadisədə biri Sərdar Məhəmməd Qumi olmaqla İran qüvvələrinin çox dəyərli iki komandiri şəhadətə çatdı. Möhsün Höcəci də əvvəl əsir düşdü, sabahı gün hələ də böyük bir hissəsi İŞİD-in nəzarəti altında "Cənubul-ənbar" səhralarında yerləşən İraqın "əl-"Vəlid" məntəqəsində şəhadət şərbətini içdi. Şəhid Höcəci bu müharibədə başı boynundan kəsilərək şəhid edilmişdi. Bu arada yayımlanmış və şəhid Höcəciyə nisbət verilmiş film şəhid Höcəciyə aid deyil və nizami orduyla heç bir əlaqəsi yoxdur.

Bir neçə mühim nöqtə:

İŞİD-in bazar günü həyata keçirtdiyi, intahar və kamikadze maşınlarından istifadə edilən əməliyyatlarda şəhid Qumi çox qəhrəmanlıq göstərir və Suriyadakı döyüşçüləri arasında məşhur olan arzusuna çatmasına baxmayaraq bir çox döyüşçünün həlak olmasının qarşısını ala bilmişdir. Bu səhnələrə şahid olan əsgərlərin dediyi üzrə əgər şəhid Quminin planları və göstərdiyi qəhrəmanlıq olmasaydı şəhidlərin sayı 100 nəfər çox olacaqdı.

Şəhid Höcəci İraqın "əl-Vəlid" məntəqəsində şəhadətə yetdikdən sonra tikə-tikə doğrandı və cəsədlərin dəyişdirilməsi prosesində gövdəsinin bir parçası və iki ayağından ibarət olan bədəninin bir hissəsi təhvil alındı. Sinəsindən yuxarı, yəni baş, sinə, və əlləri İŞİD-in nəzarəti altında olan İraqın "əl-Vəlid" məntəqəsində qaldı.


96 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber