Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2017

Dennis Rosun yeni qeydi: Suriya və İraqdakı qələbələrin əsil səbəbkarı Qasim Süleymani

"Jahannews" saytı New York Daily News internet saytına istinadən amerikalı diplomat və yazıçı Dennis Rosun qeydlərini dərc edib. O yazır ki, rəsmi Vaşinqton İran Nüvə Proqramından çıxmaq əvəzinə Avropa müttəfiqlərimizi öz tərəfinə çəkməli və "İranın Orta Asiyadakı zəiflədici addımları"nın əleyhinə daha ciddi tədbirlərə əl atmalıdır. General Qasim Süleymani Suriyada uğur qazanıb və Suriya prezidenti Bəşar Əsədin qələbə qazanmasını təmin edib.

Denis Ros əlavə edib ki, Obamanın prezidentliyi zamanında mən təklif etmişdim ki, biz İrana göstərməliyik ki, Qüds ordusunun komandanı Qasim Süleymani İranın regionda iqtisadi və siyasi məğlubiyyətinə səbəb olacaq. Amma təəssüf olsun ki, bu gün general Qasim Süleymani əvvəlkindən daha aşkar sürətdə Suriya və İraqa səfər edir. O, özünün İraq və Suriyada savaşan şiə döyüşçülərinin sayını daha da artırıb. O bu yolda uğur əldə edib. Çünki o, Bəşar Əsədin zəfər qazanamsına bais olub.
Qasim Süleymani Livanın Hizbullah partiyasını daha çox raketlə təmin edir və Husi hökümətindən ötrü Yəmənə hərbi müşavir ezam edir. Tramp admnistrasiyası İranın bu addımına müdaxilə etməli və İrana göstərməlidir ki, onun bu addımı ona baha başa gələcək. Nəhayət İranın dünya arenasından təcrid olunmasına səbəb olacaq.

Məqalənin davamında deyilir: Nüvə razılaşması üzərindəki sözləşməmiz bir nəticə verməyəcək, çünki İŞİD-in regionda məğlubiyyətə düçar olmasından sonra onların tutduqları ərazilər İranın himayə etdiyi şiə döyüşçülərinin əlinə keçəcək. Hal-hazırda Nüvə Proqramından çıxmaq əvəzinə öz avropalı müttəfiqlərimizdən İranla qarşılaşmaq üçün bizə kömək etmələrini istəyək. Tramp hakimiyyəti hazırda İranla qarşı-qarşıya gəlmək üçün strateji mövqe axtarışındadır. Bu cür də olmalıdır. Amma Nüvə proqramına olan mənfi baxışımızı hansısa strasteji mövqelə əvəzləməməliyik.


107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.09.17, 07:58