Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2017

Kim Çen hidrogen bombasına təntənəli bayram keçirdi - Foto

Şimali Koreya lideri Kim Çen İn hidrogen bombası sınağının uğurla həyata keçirilməsindən sonra təntənəli mərasim təşkil edib.

Mərasimə elm adamları, yüksək rütbəli hərbçilər də qatılıb.

Kim Çen burada nüvə silahı sınaqlarında rol oynayan hər kəsi təbrik etdiyini bildirib.

O, “bir neçə gün əvvəl həyata keçirilən hidrogen bombası sınağı Koreya xalqının bu çətin vəziyyətdə qazandığı zəfərdir”, - deyib.

Qeyd edək ki, Şimali Koreya bir neçə gün əvvəl hidrogen bombasını uğurla sınaqdan keçirib. Rəsmi Pxenyanın bu addımı dünya ölkələri tərəfindən tənqidlə qarşılanıb.







88 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber