Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

Reuters agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 71 nəfərin öldüyü bildirilirdi.

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.


55 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber