Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Sulutəpədə dəhşətli qətl

Kişi qeyri-rəsmi yaşadığı qadını və onun atasını öldürüb

Abşeronda dəhşətli qətl törədilib.

Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.


216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.17, 19:00