Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Axşam 6-dan sonra YEYƏK yoxsa YEMƏYƏK?

Yayılmış fikirə görə, arıqlamaq istəyən insan axşam saat 18.00-dan sonra yemək yeməməlidir.
Belə yanaşmanın məntiqli arqumentləri də var - axşam insan daha az hərəkət edir və nəticədə daha az kalori yandırır ki, bu vaxt qəbul olunmuş kalorilər qarın və omba nahiyəsində yığılmağa başlayır.
Lakin müasir diyetoloqlar və arıqlamaq üzrə mütəxəssislər bu fikirlə razı deyil. Belə ki, tanınmış rus diyetoloq Aleksey Kovalkov belə hesab edir ki, daim axşam 18.00-dan sonra yeməyən insan arıqlamayacaq, əksinə kökələcək.
Aclıq zamanı insan orqanizmində özünü qoruma mexanizmləri işə salınır - mübadilə prosesləri ləngiyir, orqanizm "qənaət rejiminə" keçir, ehtiyat üçün piyləri yığmağa başlayır və nəticədə insan kökəlir.
Bu səbəbdən müasir diyetologiyanın əsas şüarı: "Arıqlamaq istəyirsinizsə - yeyin". Təbii ki, burada qidaların seçimi böyük rol oynayır.
Kovalkov pasiyentlərinə yatmazdan 2 saat əvvəl mütləq yemək yeməyi tövsiyə edir. Mütəxəssisin fikrinə görə, şam yeməyi üçün ən yaxşı seçim tərəvəz salatı, kəsmik və 2 bişmiş yumurta ağıdır.
Əgər bundan sonra siz hələ də aclıq hiss edirsinizsə, diyetoloq... dişləri təmizləməyi tövsiyə edir. Bu sadə prosedura şüuraltı olaraq "ağzım təmizdir və yemək üçün bağlıdır" kimi fikiri formalaşdırır ki, qidadan imtina etmək daha asan olur./saglamolun/


263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber