Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Beynəlxalq Əfv Təşkilatı Bəhreyn hökumətinə məhbuslarla bağlı xəbərdarlıq etdi

“Reuters”-in verdiyi xəbərə görə, Beynəlxalq Əfv Təşkilatı Bəhreyndə hökumətin etirazçılara divan tutması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Bəhreyn hökuməti müxaliflərə qarşı zor gücündən istifadə etmişdir, onlara qarşı zorakı rəftar etmişdir”.
Təşkilat Amerika və İngiltərəni də Bəhreyndə hökumətin hərəkətlərinə göz yumduqlarına görə qınayıb.
Təşkilat bildirib ki, onun əlində olan sənədlərə əsasən, Bəhreyn rejimi 2016-cı ilin iyun ayından 2017-ci ilədək 169 nəfər dövlət tənqidçisini və onların yaxınlarını həbs etmiş, onlara işğəncələr vermiş, təhdid etmiş və bir sıra məhdudiyyətlər yaratmışdır. Habelə, dövlətin müxaliflərə qarşı repressiv hərəkətləri nəticəsində ən azı 6 nəfər həlak olmuşdur.


77 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.09.17, 07:57